Dövlət Yanğın Nəzarəti Xidməti penoplastla bağlı müsbət rəy verib - Foto fakt
Sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Bakı şəhər, Yasmal rayonu Zərdabi prospektindəki yaşayış binasının sakininə ünvanalnmış məktubun fotokopyası yayılıb. Məktub vətəndaşın binaların üzlənməsi üçün istifadə olunan penoplastın tərkibi barədə FHN-ə ünvanladığı sorğuya cavab olaraq göndərilib. Məktubda bildirlir ki, vətəndaşın müraciətinə baxlılıb: “Bildiririk ki, Zərdabi prospekti 45 ünvanında yaşayış binasının üzlənməsində istifadə olunmuş üzlüyün DYMX Yanğın Tədqiqatı Sınaq Labaratoriyasının 08.11.2012-ci il tarixli 331 saylı sınaq protolunda “Qlobal stane” MMC-nin istehsal məhsulu olan kaparol boyası ilə işlənmiş poliuretan üzlüyü çətin yanan materiallardan olması bildirilmişdir. Məktubu DYNİ-nin rəisi, daxili xidmət polkovniki Elzar Qədimov imzalayıb.