Sosial şəbəkədə biz:

Azərbaycan kərə yağını Rusiyaya 11 manata satıb – Rəsmi

Ötən il Azərbaycandan xarici ölkələrə 11 min 985 ton kərə yağı ixrac olunub.
İxrac olunan kərə yağının 99,9%-i və ya 11 min 977 tonu Rusiyaya göndərilib.
Qeyd edək ki, ixrac olunan kərə yağı əvvəlki illə müqayisədə 9,7 dəfə artıb. Belə ki, 2023-cü ildə xaricə 1 232 ton kərə yağı ixrac edilib.
2023-cü ildə ixrac olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,7 dollar (9,7 manat) olduğu halda, ötən il bu məbləğ 6,5 dollar (11,1 manat) olub.
Məlumat üçün bildirək ki, ötən ilin dekabr ayında yerli istehsal olan kərə yağının ölkə daxilindəki pərakəndə satış qiyməti 20,4 manat olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol