Sosial şəbəkədə biz:

Ukrayna ABŞ-la tarixi sazişə imza atır: Təhlükəsizlik zəmanətləri olmadan razılaşma da yoxdur

Ukrayna və ABŞ arasında yeraltı sərvətlərə dair saziş birbaşa təhlükəsizlik zəmanətləri ilə bağlıdır.

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, nə prezident Volodimir Zelenski, nə də Ukrayna Nazirlər Kabineti bu sazişi təhlükəsizlik təminatları olmadan imzalamayacaq.

Şmıqalın sözlərinə görə, hazırda “Ukraynanın bərpası üçün investisiya fondunun qaydaları və şərtlərinin müəyyən edilməsi haqqında Saziş” adlanan bu sənəd, hüquqi qüvvəyə malik olan ilkin razılaşmadır. Bu fondun məqsədi Ukraynanın bərpasını maliyyələşdirməkdir və ABŞ və Ukrayna bu fondun idarə olunmasında bərabər hüquqlara sahib olacaqlar.

Bu saziş Ukraynanın müharibədən sonrakı inkişafı və təhlükəsizliyinin təmin olunmasında mühüm addım kimi qiymətləndirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol