Sosial şəbəkədə biz:

Ağdamda məskunlaşma genişlənəcək - Böyük köç olacaq (VİDEO)

Bu il ərzində Ağdama 10 minə yaxın sakinin köçürülməsi nəzərdə tutulur.

Bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Füzuli şəhərinə də köç prosesi davam edir. Şəhərdə bir sıra layihələr icra edilir.

Emin Hüseynov həmçinin bildirib ki, Füzulinin Dövlətyarlı kəndinin layihəsi də icra olunmağa başlayıb, tikinti prosesinə start verilib. Yaxın vaxtlarda isə Pirəhmədli kəndinin tikintisinə başlanılacaq. İl ərzində Qaraxanbəyli kəndinin də layihəsi hazır olacaq.

https://www.youtube.com/watch?v=mqQTwfXihEI&t=57s


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol