Sosial şəbəkədə biz:

Azərbaycan bankları biznes kreditləşməsini 14 % artırıb

Bu il fevralın 1-nə Azərbaycan banklarının kredit portfelinin 53,5 %-ni və yaxud 14 milyard 709,9 milyon manatını biznes kreditləri təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 0,5 % azdır.

Son 1 ildə isə banklar biznes kreditləşməsini 13,9 % artırıb.

Biznes kreditlərinin 28,7 %-ni və yaxud 4 milyard 220,3 milyon manatı ticarət müəssisələrinə verilmiş kreditlər (1 il əvvələ nisbətən 16,4 % çox) təşkil edib. İl ərzində  sənaye sektoruna verilən kreditlər 0,8 % artaraq 2 milyard 690,1 milyon manata, digər qeyri-istehsal və xidmət sahələrinə verilən kreditlər 16,8 % artaraq 2 milyard 553,8 milyon manata, kənd təsərrüfatı sektoruna verilən kreditlər 16,2 % artaraq 1 milyard 776,5 milyon manata, nəqliyyat sektoruna verilən kreditlər 18,5 % artaraq 1 milyard 473,4 milyon manata, tikinti sektoruna verilən kreditlər 3,8 % artaraq 1 milyard 372,1 milyon manata, informasiya və rabitə sektoruna verilən kreditlər 83,4 % artaraq 623,7 milyon manata çatıb.

Bu il fevralın 1-nə bankların krediti portfeli illik müqayisədə 0,1 % artaraq 27 milyard 514,7 milyon manat olub. Portfeldə istehlak kreditləri 31,1 % artımla 8 milyard 551,7 milyon manat, ipoteka kreditləri isə 15,4 % artımla 4 milyard 253,1 milyon manat təşkil edib. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol