Sosial şəbəkədə biz:

Hüseyn Abdullayevə daha bir hökm oxundu -  Daha 9 il həbs cəzası kəsilib

7 ilə yaxındır həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevə yenidən daha 9 il həbs cəzası kəsilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Sabiq deputat 5.5 milyonluq vəsaiti leqallaşdırmaqda suçlu sayılıb. Ancaq o, özünü təqsirli bilmir. Hökmdən öncə son sözündə də deyib ki, günahı yoxdur. Məhkəmədən ədalətli qərar çıxarmasını və bəraət istəyib. Məhkəməyə sağlamlığındakı problemlərlə əlaqədar Bakı İstintaq Təcridxanasından onlayn qaydada qatılan H.Abdullayevin son sözü də qısa olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol