Sosial şəbəkədə biz:

“PKK özünü buraxmalıdır” – Öcalandan çağırış

“Bütün qruplar silahı yerə qoymalı, PKK özünü buraxmalıdır”.
Bu barədə terror təşkilatı PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın müraciətində deyilir. 
“1000 ildir varlığını qoruyan türk-kürd münasibətləri ittifaqa doğru inkişaf etməlidir. Cümhuriyyətin 2-ci əsri yalnız demokratik uzlaşma ilə yaxşı ola bilər. Cənab Bağçalı (Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı - red.) və cənab Prezident Ərdoğanın (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red.) ortaya qoyduğu iradə sayəsində bu çağırışı edirəm”, - Öcalan bildirib.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. DEM Partiyasının rəhbərliyi bu gün İmralı adasında Öcalanla danışıqlar aparıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol