Sosial şəbəkədə biz:

Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 40% artıb – Rəsmi

Bu ilin yanvar ayı ərzində Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 572 min dollar olub.
Bu barədə məlumat Türkiyə Statistika İdarəsinin rəsmi saytında yerləşdirilib.
Açıqlanan məlumatlarda qeyd olunur ki, bir il əvvəl – 2024-cü ilin analoji dövründə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi builkindən 40% və ya 227 min dollar az – 345 min dollar olub.
Bu ilin yanvar ayı ərzində Türkiyənin Ermənistandan idxalı əvvəlki illə müqayisədə cüzi azalaraq 290 mindən 282 min dollara düşüb.
Bu dövrdə Türkiyənin Ermənistana ixracı isə kəskin şəkildə artaraq 55 min dollardan 290 min dollara çatıb. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol