Sosial şəbəkədə biz:

Kliçkodan Tramp-Zelensku mübahisəsinə REAKSİYA

01 March 2025, 08:56
Gündəm

ABŞ-ın dəstəyi Ukrayna üçün çox vacibdir.

Bunu Kiyev meri Vitali Kliçko öz Telegram kanalında

Vaşinqtonda Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasındakı mübahisəyə münasibət bildirərkən deyib:

“Ümid edirəm ki, ABŞ Ukraynaya dəstəyini davam etdirəcək, bu, bizim üçün çox vacibdir. Bu gün emosiyaların vaxtı deyil. Biz ümumi mövqelər axtarmalıyıq".

Kliçkonun sözlərinə görə, ABŞ və Ukrayna arasında əməkdaşlıq və etibarlı münasibətlər Avropada təhlükəsizlik və sabitlik üçün çox vacibdir.

BakuPost