Sosial şəbəkədə biz:

“İki ayda kartof 10% bahalanıb” – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci ilin ilk iki ayında yerli kartofun 10% bahalaşmasından gəzəblənib.
Belarus prezidenti qiymətlərin tənzimlənməsi ilə bağlı müşavirədə bu barədə danışıb.
O, qiymətlərin normallaşmasını və bütün iştirak edənlərin qovulmasını tələb edib:
“Bu direktorları cəhənnəmə qovmaq lazımdır. Biz kifayət qədər miqdarda kartof istehsal edə bilmirik. İki ayda kartofun qiyməti 10% bahalaşıb. Biz lazım olan miqdarda kartof istehsal edib zirzəmiyə qoyub əhaliyə sata bilmərik?!”
Ölkə başçısı kartofun idxalının onu yetişdirməkdən daha sərfəli olub-olmaması ilə maraqlanıb:
“Belə deyil? Bu bir dəlixanadır! Bu, nə cür tənzimləmədir, korrupsiyadır”.
Qeyd edək ki, “Belstat”ın məlumatına görə, 2024-cü ildə ölkədə kartof 31,2% bahalaşıb. Hazırda Belarus mağazalarında kartofun orta qiyməti 2,20 Belarus rublu (təxminən 1 manat 10 qəpik - red.) təşkil edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol