Sosial şəbəkədə biz:

Martda ardıcıl 12 gün qeyri-iş günləridir

Bu ay şənbə-bazar günləri də daxil 18 gün qeyri-iş günü olacaq.

Baş nazirin Qərarına əsasən, 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, ölkəmizdə ardıcıl 12 gün - martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir.

1, 2, 8, 9, 15 və 16 mart tarixləri də şənbə-bazara təsadüf etdiyindən mart ayında qeyri-iş günlərinin sayı 18 gün təşkil edəcək.

Qeyd edək ki, martın 30 və 31-i Ramazan bayramı qeyd olunacaq.

Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol