Sosial şəbəkədə biz:

“Barselona”nın prezidenti Bakıdadır

“Barselona” klubunun prezidenti Xuan Laporta Azərbaycana səfər edib.

“Haqqın.az” xəbər verir ki, o, dünən axşam saatlarında Bakıya gəlib.

Onun səfərinin məqsədi ölkəmizdə “Barselona” akademiyasının yaradılması və potensial investisiya imkanlarının axtarışıdır.

Laportanı səfərdə klubun direktorları Joan Soler və Xavyer Puiq müşayiət edib.

Xatırladaq ki, bu, Laportanın ölkəmizə ilk gəlişi deyil. Klub prezidenti 2024-cü il noyabrın 16-da da COP29-da iştirak məqsədi ilə Azərbaycana səfər edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol