Sosial şəbəkədə biz:

“Zelenski dalana dirənib, Ukraynanı hərbi çevriliş xilas edəcək”

01 March 2025, 09:28
Gündəm

"Ukraynanın qalan hissəsini xilas etmək üçün atəşkəs lazımdır".

Bunu "Facebook" hesabında politoloq Tofiq Zülfüqarov bildirib.

O əlavə edib ki, uzun illər ədalətli sülh olmayacaq.

Fevralın 29-da Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında danışıqları şərh edən keçmiş XİN rəhbəri yazıb: "Vaşinqtonda keçirilən görüşdən sonra fikirlər şou həvəskarları ilə real siyasətin pərəstişkarları arasında bölündü".

T. Zülfüqarov hadisələrin gələcək inkişafını bədbin qiymətləndirib:

"Çox güman ki, hərbçilər hakimiyyəti ələ keçirəcək və danışıqlar aparacaq. Zelenski dalana dirənib. Bəlkə də bu (hərbi çevriliş - red.) və ya buna bənzər bir şey Ukraynanın qalan hissəsini xilas edəcək".