Sosial şəbəkədə biz:

Ərdoğan xəbərdarlıq etdi: "Bizə kimsə mane ola bilməyəcək"

02 March 2025, 00:21
Gündəm

Türkiyə terrorla mübarizədə son on ildə ciddi nəticə əldə edib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərin ailə üzvləri və qazilərlə iftar proqdamında çıxışı zamanı deyib.

O bildirib ki, indi bütün dünyada təyyarəsi, tankı, topu, raketi ilə fərqlənən Türkiyə var: “Biz başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq”.

Dövlət başçısı həmçinin terrorçulara xəbərdarlıq edib: “Sözlərinin üstündə durmasalar bizdən inciməsinlər. Son terrorçu məhv olunana qədər əməliyyatlarımızı davam etdirərik. Terrorsuz Türkiyə hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək”.//Report