Sosial şəbəkədə biz:

30 ildən çoxdur qəzalı vəziyyətdə olan bina hər an uça bilər (VİDEO)

Uzaqdan tərk edilmiş, istismar müddətini başa vurmuş tikiliyə bənzəsə də bu uçuq, qəzalı binada yaşayış var.

30 ildən çoxdur qəzalı vəziyyətdə olan bina artıq sakinləri üçün təhlükə saçır.

Bakının Xətai rayonu Məməddəm Hadi küçəsi 152 ünvanında yerləşən qəzalı bina illər əvvəl  Metropoliten işçiləri tərəfindən tikilib. Hazırda isə qurumların belə yadına düşməyən 9 mərtəbəli binanın 150-ə yaxın sakinin olduğu deyilir

Şikayətçilərin sözlərinə görə, binanın 8 və 9-cu bloklarının dam örtüyü belə yoxdur. Bu səbədən yağışlı qarlı havalarda evlər su altında qalır.

Sakinlər deyir ki, binaya qəzalı olması ilə bağlı rəy verilib. Lakin qərarı icra edən orqan yoxdur. Məsələ ilə bağlı Ərazi üzrə 118 saylı MKİS-dən  "Xəzər Xəbər”ə bildirildi ki, sözügedən bina 1987-1988 -ci ildə Metrotunel tikinti tresti tərəfindən yarımçıq inşa edilib. Bu səbəbdən də  aidiyyatı dövlət gurumu tərəfindən təhvil təslim aktı yoxdur. Yarım tikilinin heç bir sənədi olmadığı üçün qanunsuz hesab edilir və orda yaşayanlar başqa yerdə özlərinə ev almalıdırlar.

https://www.youtube.com/watch?v=PDn8s0M8FAo


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol