Sosial şəbəkədə biz:

Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 36 minə 3 adda kitab alır

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatda olan “Irs Publishing House” L.L.C (VÖEN – 100036064200003) şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə, “Irs Publishing House” L.L.C  Mədəniyyət Nazirliyinə 3 adda kitab – “Şuşa. Zirvədən uca”, “Qarabağ. Yeni sətirdən” və “The book of kings” kitablarını satacaq və qarşılığında 36 min manat alacaq.
Qeyd edək ki, “Irs Publishing House” L.L.C  şirkəti 2004-cü ildə təsis olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol