Sosial şəbəkədə biz:

Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb

“Hazırda, əfsuslar olsun ki, “Erasmus+” proqramı çərçivəsində bütün fəaliyyətlər faktiki olaraq qeyri-rəsmi şəkildə dayandırılıb”.
Bu sözləri “Azərbaycan Milli Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, yeni layihələr qeydiyyata alınmır, həmçinin aktiv olanların icrası dayandırılır:
“Bundan əlavə, təəssüflə bildirmək istəyirəm ki, yaranmış vəziyyətlə əlaqədar olaraq “Milli Erasmus+” ofisi də bağlanmaq üzrədir. Bu, proqramın gələcək icrasına ciddi təsir göstərə bilər və ölkəmizdə “Erasmus+” layihələrinin davamlılığına mane ola bilər”.
Məlumat üçün qeyd edək ki, “Erasmus+” proqramı Avropa İttifaqının (Aİ) ali təhsil səviyyəsində maliyyələşdirdiyi ən böyük proqramdır. Adətən yeddiillik dövr ərzində işləyir. Proqram hər dəfə yenilənir və hazırda 2021-2027-ci illəri əhatə edir. Bu proqramın yeddiillik büdcəsi təxminən 30 milyard avro məbləğindədir. İndiyədək təxminən 5 min nəfər azərbaycanlı “Erasmus+” proqramı çərçivəsində Avropada oxumağa gedib. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol