Sosial şəbəkədə biz:

Fuad Nağıyev istintaqa çağırılıb

Ötən gün şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin istintaqa çağırıldığı bildirilir.
Bu barədə Lent.az məlumat yayıb.
Bildirilib ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib.
“Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır”, - mətbuat orqanının məlumatında deyilir.
Qeyd edək ki, martın 4-də Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə  işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol