Sosial şəbəkədə biz:

İki qardaş nazirlikdən agentliyə keçdi

“Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə çalışan Asif Verdiyev və Rafiq Verdiyev qardaşları Azərbaycan Su Ehtiyatları Agentliyində (ADSEA) işə başlayıblar”.

Bu barədə modern.az məlumat yayıb.

Bildirilib ki, Asif Verdiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru vəzifəsində çalışıb:

“Ona ADSEA-ya daxil olan qurumların birində vəzifə verilib.

Rafiq Verdiyev isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini vəzifəsində işləyirdi. O, bir müddət əvvəl Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri vəzifəsinə başlayıb”.

Qeyd edilib ki, hər iki təyinat bu ilin əvvəlində baş tutub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol