Sosial şəbəkədə biz:

Daha bir direktorla bağlı QALMAQAL: “Müəllimlərə hinduşkabaş deyir” - Video

Dərslər pulla satılır, direktor isə onlayn məktəbi idarə edir.

Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri belə bir iddia ilə çıxış ediblər.

Məktəbin müəllim kollektivi ilə direktor Sevda Sarıyeva arasında yaşanan  problemlər illərdir ki, bitmir.

Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir hətta təhdid də edilir.

Müəllimlərin iddialarına görə direktor tərəfindən məktəbin bir korpusuda bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.

Müəllimlər üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qrumlarına müraciət ediblər. Səslənən iddiaları aydınlaşdırmaq üçün  bizdə üz tutduq sözügedən məktəbə.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

https://www.youtube.com/embed/LHHyAmGCakA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol