Sosial şəbəkədə biz:

BQXK-nın Bakıdakı nümayəndəliyi bağlanır?

"Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda bizə məlumat verib".

Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildiriblər. Vurğulanıb ki, hazırda onlar hakimiyyət orqanları ilə əlaqə saxlayırlar.

Azərbaycanın rəsmi qurumları bu məlumatı, hələlik, nə təsdiq, nə də təkzib ediblər.

BQXK İsveçrənin Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır. 1863-cü il fevralın 9-da yaradılıb. Təşkilat münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi istiqamətində fəaliyyət göstərir.

BQXK-nın Bakıdakı nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir.

Rəsmi Bakı bugünlərdə Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlığı milli prioritetlərə uyğun şəkildə yenidən quracağını açıqlamışdı. Bildirilirdi ki, bəzi BMT qurumları ilə də gələcək əməkdaşlıq birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcək. Bundan sonra bir sıra yerli saytların məlumatına görə, BMT-nin bəzi qurumlarının Azərbaycandakı nümayəndəliklərinin bağlanacağı gözlənir. Hərçənd bununla bağlı tərəflərin konkret rəsmi açıqlamaları yoxdur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol