Sosial şəbəkədə biz:

Zalujnıdan XƏBƏRDARLIQ – Rusiya Avropaya gələcək

Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ABŞ-ın siyasətini tənqid edib.

Bu barədə “The Times” məlumat yayıb.

“Dünya nizamını yenidən təyin etməyə çalışan təkcə şər oxu deyil... ABŞ dünya nizamını məhv edir. Aydındır ki, Ağ Ev bütün Qərb dünyasının birliyini şübhə altına alır”, - Zalujnı Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda Vaşinqton ABŞ-ı bu proseslərdən kənarda qoyaraq, təhlükəsizlik məsələlərini Avropaya ötürməyə çalışır.

Zalujni həmçinin NATO-nun mövcudluğunu dayandıra biləcəyini deyib. O, “Rusiya Avropaya gələcək” xəbərdarlığını edib, belə bir vəziyyətin ciddi nəticələrə səbəb olacağını əlavə edib.

Musavat.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol