Sosial şəbəkədə biz:

Kəmaləddin Heydərov səfərini yarımçıq qoyub təcili Bakıya qayıtdı

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistan Respublikasına rəsmi səfərini yarımçıq kəsərək Bakıya qayıdıb. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib. Xəbər verdiyimiz kimi, Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistanın fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə bu gün həmin ölkəyə rəsmi səfərə getmişdi. Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar nazir rəsmi səfərini yarımçıq kəsərək Bakıya qayıdıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol