Sosial şəbəkədə biz:

Tural Abbaslı yenidən gündəmə gələn “avtobus müxalifəti” ifadəsindən danışdı

Ağ Partiyanın sədri Tural Abbaslı siyasi partiya rəhbərlərinin növbəti Qarabağ səfərinin tənqid edilməsinə, “avtobus müxalifəti” məsələsinin yenidən gündəmə gətirilməsinə münasibət bildirib.

T.Abbaslı Pravda.az-a açıqlamasında deyib ki, bu, qeyri-siyasi, səviyyəsiz, qeyri-peşəkar fikir, küçə səviyyəsində yanaşmadır.

“İnanmıram ki, özünə hörmət edən siyasətçi, yaxud siyasi partiya lideri, funksioneri, ictimai siyasi xadim belə sərsəm fikirlər səsləndirsin. Yox, əgər belə fikirlər səsləndirən bu cür mövqeyi müdafiə edən varsa, heç belələrinə cavab verməyə dəyməz. O qədər aşağı səviyyəli mövqedir ki, gülməkdən, ironiya etməkdən başqa reaksiya vermək doğru olmaz. Buna görə də xüsusi reaksiya vermirəm. Məsələləri hərə öz siyasi səviyyəsinə, bacarıq və biliklərinə, siyasi dünyagörüşünə, tərbiyəsinə uyğun qiymətləndirməkdə sərbəstdir”, - T.Abbaslı bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol