Sosial şəbəkədə biz:

Restoran külə döndü - VİDEO

Tovuz rayonunun Abulbəyli kəndində restoranda yanğın baş verib.

Azinforum.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində vətəndaşa məxsus ikimərtəbəli restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 946 kv.m. olan restoranın dam örtüyü 30 kv.m. sahədə, 1 ədəd monitor və 1-ci mərtəbədə taxtadan ibarət arakəsmə 100 kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi yanğından mühafizə olunub.
https://www.youtube.com/embed/xPqB8V9Lb8U


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol