Sosial şəbəkədə biz:

Xalq artisti: "İnsult və infarkt keçirmişdim" (VİDEO)

"Səhhətimdə problem var idi, insult və infarkt keçirmişdim. Buna görə də, bir ay yarım xəstəxanada yatdım. Xəstəxanadan çıxanda ayaqlarım əsirdi, deyirdim görəsən, həmişə belə olacağam? Bu günümə isə çox şükür. Yeriyirəm, qaçıram və küçədə gəzə bilirəm".

Bunu ARB TV-yə açıqlamasında tanınmış diktor, Xalq artisti Ofeliya Sənani deyib.

"Radioya gedib orada uşaqlar üçün veriliş hazırlayıram. Hətta maşın və taksi olmadıqda, özüm də gedə bilirəm. Müalicələrimi də davam etdirirəm.

Tək yaşayıram, köməkçim var. Övladlarımın hamısının ayrı evi var, onlar da məni görməyə gəlirlər".

Daha ətraflı videomaterialda:

https://www.youtube.com/embed/DQzmzb3U9Fw


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol