Sosial şəbəkədə biz:

Azərbaycanda unu ən baha və ən ucuz qiymətə hansı şirkətlər satır? – Siyahı

Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.
Hazırda topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 26,80 – 28,20 manat arasında dəyişir.
Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 24 şirkət və iki fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.
Bu ayın əvvəlinə (3 mart) olan məlumata görə, unu ən baha satan şirkətlər aşağıdakılar olub:
“Azeri-Arapoğlu U.S. və T.LTD” BM – 28,20 manat;
“Nural” MMC – 28 manat;
“NEON” Firması – 27,85 manat;
“Gəncə Dəyirman” MMC – 27,60 manat;
F/ş Mirzəyev İskəndər Yusubəli – 27,50 manat;
“Karat Holdinq” MMC – 27,40 manat;
“Aveta” MMC – 27,40 manat;
“Anadoluqida” MMC – 27,40 manat;
“ATS MİLL” MMC (“ABŞERON TAXIL” MMC) – 27,35 manat.

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə satan şirkətlər isə aşağıdakı kimi olub:
“Dəvəçi-Dəyirman” MMC – 26,80 manat;
“Dəvəçi-Taxıl” MMC – 26,80 manat.

Digər şirkətlər isə  50 kiloqramlıq un kisəsini 27,30 manatdan alıcılara təklif edirlər. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol