Sosial şəbəkədə biz:

Əlilliyi olan müəllimlər üçün qaydalara dəyişiklik edildi

Kimya, fizika və riyaziyyat fənni üzrə sertifikasiya imtahanında iştirak edəcək əllilliyi olan müəllimlər üçün qaydalara dəyişiklik edilib.

Bunu Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev deyib.

"Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarələri bizə 1-ci qrup gözdən əllilliyi olan müəllimlərin siyahısını təqdim edib.

Sertifikasiya imtahanının test mərhələsində bu müəllimlərin hər biri üçün əlavə nəzarətçi ayrılacaq. Nəzarətçi yanlarında oturub suallarla bağlı kömək edəcək. Bu müəllimlərə digərlərindən fərqli olaraq əlavə 60 dəqiqə vaxt veriləcək, eyni zamanda, riyaziyyat, fizika və kimya fənnlərindən qrafik suallar yazılı suallarla əvəzlənəcək", - o bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol