Sosial şəbəkədə biz:

Ənvər Həsənovun qızı: "Son dəqiqəyə qədər mübarizə aparacağam"

"Son dəqiqəyə qədər mübarizə aparacağam".

Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.

O bildirib ki, atasının səhhətində heç bir irəliləyiş yoxdur.

"Komatoz vəziyyətdədir. Sistemləri qoşulur, müalicəsi davam etdirilir. Sonuncu dəqiqəyə qədər mübarizə aparacağam".

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbi ilə "Xəzər" Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbi ilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb.

Fevralın 3-də isə "Xəzər" Tibb Mərkəzinin Reabilitasiya şöbəsindən evə buraxılıb. Fevralın 26-da aktyorun vəziyyəti yenidən kritikləşib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol