Sosial şəbəkədə biz:

“Danışıqlarda ağır kompromislərə getdik” - Ukraynalı spiker

Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ-la danışıqlar zamanı “ağır kompromislərə” razılaşıb.

Bakupost.az Qazeta.ru-ya istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.

O, əsas qərarların səkkiz saatlıq yorucu müzakirələrin son saatlarında qəbul edildiyini qeyd edib.

"Oyunun sonunda yorğunluq özünü hiss etdirəndə çıxılmaz vəziyyətdən çıxış yolu tapılır", Georgi Tixiy vurğulayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Ukraynada nizamlanma kontekstində təkcə atəşkəs məsələsi müzakirə olunmayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol