Sosial şəbəkədə biz:

Daha bir qadın güləşçimiz Avropa çempionu oldu

13 March 2025, 00:08
Gündəm

Azərbaycanın daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Təmsilçimiz finalda rusiyalı Yekaterina Karpuşkinaya 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) qızıl medala sahib çıxıb.