Sosial şəbəkədə biz:

Mətanət oğlunu evləndirir? - "Dünəndən telefonum susmur"

Aparıcı Mətanət Əliverdiyeva ötən gün yayımlanan "Xəzər axşamı" verilişindən sonra telefonunun susmadığını bildirib.

O, bunun səbəbini bugünkü proqramında belə izah edib:

"Dünən Nazilə Səfərli verilişimdə qonaq olarkən soruşdu ki, oğlunun neçə yaşı var? Hələ evləndirmirsən? Cavab verdim ki, artıq 32 yaşı var. Mən evlənəsi deyiləm ki, nə vaxt münasib bir qız çıxsa, ailə quracaq. Və sonra Nazilə mənə söz atdı ki, bilirəm, 27 yaşında yaxşı bir qız. Vəssəlam, dünəndən nə Nazilənin, nə də mənim telefonum susur.

Oğlum Oqtay da zəng edib ki, "Görənlər məni toyun olacaq deyib, təbrik edirlər. Mən də qalmışam belə ki, nə toy?". Deyirlər qız evində toydur, oğlannın xəbəri yox. Təki yalan yox, gerçək olsun".(axsam.az)


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol