"Formula-1"də 398 minlik yeyinti ödənildi: 10 il həbs tələbi dəyişdi
"Formula-1" yarışlarının təşkilində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 398 min manatlıq yeyintidə təqsirləndirilən keçmiş şöbə müdiri Çingiz Mehdiyevə prokurorun 10 il həbs istəyində kəskin dəyişiklik olub. Prokuror 10 gün öncə məhkəmədə bu təkliflə çıxış etsə də, martın 13-də, tam tərsinə, Ç.Mehdiyevin həbs edilməməsini, ona şərti cəza verilməsini istəyib.
Ç.Mehdiyev həbsdə olmasa da, bir ilə yaxındır ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Martın 13-də məhkəmə iclasında onun vəkili yeyinti nəticəsində dövlətə vurulmuş ziyandan 298 min manatın ödənildiyi barədə sənəd təqdim edib. Daha 100 min manat da istintaq dövründə ödənildiyindən, beləcə, cinayət işində göstərilən 398 min manatlıq ziyan tam ödənilmiş sayıldı.
Ç.Mehdiyevə 10 gün öncə 10 il həbs cəzası verilməsi təklifiylə çıxış edən prokuror Orxan Səmədov ziyan ödənildiyinə görə məsləhətləşməkdən ötrü məhkəmədən vaxt istəyib. Bir müddət sonra onun sağlamlığında problemlər yarandığı əsas gətirildiyindən prosesə yeni prokuror qoşulub. O da Ç.Mehdiyevə 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza verilməsini istəyib.
Ardından Ç.Mehdiyevin vəkili Faiq Nəcəfov ziyanın tam ödənildiyinə dayanaraq Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsiylə olan ittihama xitam verilməsini istəyib. Müdafiəçi cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamını birmənalı şəkildə heç qəbul etmədiklərini vurğulayıb.