Sosial şəbəkədə biz:

Adəm Məmmədovla qardaşı apellyasiya şikayəti verdi

Vəkil Ceyhun Yusifovun şikayəti əsasında 6 aylıq həbsə məhkum edilən həmkarı Adəm Məmmədov narazıdır.

Beləki, A.Məmmədov Nərimanov Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Onunla birgə islah işləri cəzasına məhkum edilmiş qardaşı Xəyyam Məmmədov da cəza ilə razılaşmır.

Təhqir və böhtan cinayətlərində təqsirli bilinən qardaşların ikisi də bəraət istəyir.

Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Adəm Məmmədov qardaşı ilə birgə rəhbərlik etdiyi saytda vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdi. Qafqazinfo


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol