Sosial şəbəkədə biz:

Müştərinin çənəsini sındıran “Yelo Bank”ın filial müdirinin FOTOSU

Xəbər verdiyimiz kimi, "Yelo Bank"ın Elmlər filialında filial müdiri müştərini döyərək çənəsini sındırıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.

Vəkil qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

"Müdir əvvəlcə müştəriyə "bas bayıra" deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?"- deyə vəkil qeyd edib.

İddialara görə,zərərçəkmiş Təbriz Quliyev adlı şəxsdir. Davanın baş verməsinə səbəb çənəsi sınan şəxsin filial müdirini söyməsi olub. Təbri Quliyev isə bunu təkzib edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol