Sosial şəbəkədə biz:

Bəşir Süleymanlı həbs edilib

15 March 2025, 00:24
Gündəm

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.


İstintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.


Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.


Bəşir Süleymanlı barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. APA