Sosial şəbəkədə biz:

ABŞ-dən Azərbaycan və Ermənistana çağırış

ABŞ administrasiyası Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başa çatmasını alqışlayır, Bakı və İrəvanı sənədi mümkün qədər tez imzalamağa çağırır.
Bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında bildirilib.
“ABŞ Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır”, - deyə dövlət katibi qeyd edib.
Onun sözlərinə görə, bu, iki ölkəyə yeni səhifə açmağa və bununla da bir neçə onilliklər ərzində davam edən münaqişəyə son qoymağa imkan verəcək.
“İndi sülhü öhdəsinə götürmək, müqaviləni imzalamaq, ratifikasiya etmək və Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır”, - sənəddə bildirilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol