Sosial şəbəkədə biz:

Yaxın 15 ildə xərçəng xəstəliyi iki dəfə ARTACAQ

Növbəti 15 ildə İranda xərçəng xəstəliyi iki dəfə artacaq

Bunu İranın Səhiyyə Nazirliyinin Qeyri-infeksion Xəstəliklərlə Mübarizə Mərkəzinin rəhbəri Cəfər Cəndəqi deyib.

Onun bildirdiyinə görə, yaxın 15 il ərzində ölkədə xərçəngdən ölənlərin sayı iki dəfə artacaq.

Cəfər Cəndəqinin sözlərinə görə, İranda hər il 79 min insan xərçəng xəstəliyindən ölür. Ölkədə hər gün 390-a yaxın yeni xərçəngə tutulma aşkar edilir.

Bu statistika dərman qiymətlərinin artmasının bir çox iranlının uzun müalicə müddəti tələb edən bəzi xəstəliklərin müalicəsini qeyri-mümkün etdiyi bir şəraitdə açıqlanır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol