Sosial şəbəkədə biz:

İdmançımız Avropa Kubokunda qızıl qazandı

Azərbaycan cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.

Belə ki, 52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq Moldova, İsveç, Kanada və Bosniya-Herseqovinadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb.

Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.

Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol