Sosial şəbəkədə biz:

Azərbaycandan ABŞ-yə Rusiyadan daha çox pul köçürülüb

Ötən il Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən 526,7 milyon dollar pul göndərilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə xaricə göndərilən pulların miqdarı 4,2% və ya 23,4 milyon dollar azalıb.
Qeyd edək ki, Azərbaycandan ən çox Türkiyəyə pul göndərilib. Ötən il ərzində xaricə köçürülən pulların 28,8%-i (151,8 milyon dollar) Türkiyənin payına düşüb. Türkiyəyə göndərilən pullar əvvəlki illə müqayisədə 5,7 milyon dollar artıb.
Ötən il Azərbaycandan ən çox aşağıdakı ölkələrə pul köçürülüb:
Türkiyə – 151,8 milyon dollar (ümumi pulların 28,8%-i);
ABŞ – 60,4 milyon dollar (11,5%);
Rusiya –  58 milyon dollar (11%);
Gürcüstan – 45 milyon dollar (8,5%);
Böyük Britaniya – 28,5 milyon dollar (5,4%);
Almaniya – 23,3 milyon dollar (4,4%);
Birləşmiş Ərəb Əmirlikləri – 14,4 milyon dollar (2,7%);
Çin – 11,8 milyon dollar (2,2%);
Kanada – 10 milyon dollar (1,9%);
Qazaxıstan – 8,6 milyon dollar (1,6%);
Fransa – 7,7 milyon dollar ( 1,5%);
Ukrayna – 7,7 milyon dollar (1,5%);
İspaniya – 6,8 milyon dollar (1,3%);
İsveçrə – 6,5 milyon dollar (1,2%).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol