Sosial şəbəkədə biz:

Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb

Martın 18-də Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə həbsdə olan media eksperti, "Toplum" İnternet Televiziyasının təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb. Vəsatətə təmin edilməyib.

Yaxınlarının verdiyi məlumata görə, Ə.Məmmədli məhkəmə iclasında geniş çıxış edib. Media ekspertinin deməsinə görə, bundan öncəki bütün məhkəmə iclaslarında istintaq tərəfi iddia edib ki, əgər o, azadlıqda olsa, istintaqın gedişinə əngəl törədə, yaxud sübutları yox edə bilər. Ə.Məmmədli vurğulayıb ki, artıq istintaq başa çatıb və işlə tanışlıq mərhələsi də yekunlaşıb.

Media ekspertinin sözlərinə görə, istintaqın materialları ilə tanış olanda aydın olub ki, onun həbsinə əsas olacaq heç bir fakt və sübut yoxdur.

Yaxınlarının əlavə etməsinə görə, o habelə səhhətindən danışıb və əməliyyat olmasının vacibliyindən bəhs edib.

Lakin hakim S.Hacıyeva Ə.Məmmədlinin həbsi ilə bağlı qərarı qüvvədə saxlayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol