Xaricdən gətirilən mallar BAHALAŞIR
Son illər ixrac olunan məhsulların qiymət indeksi davamlı olaraq artır.
Ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında ixrac olunan məhsulların qiyməti 19,7% artıb.
Məlumat üçün bildirək ki, ixrac olunan məhsulların qiymət indeksi xaricdən ölkəyə gətirilən məhsulların nə qədər bahalandığını göstərir.
Qeyd edək ki, ötən il ixrac olunan məhsulların qiymət indeksi 18,1%, 2023-cü ildə isə 16,7% olub.
Onu da qeyd edək ki, idxal məhsullarının qiyməti ilə birgə bu məhsulların miqdarı da artır. Əgər 2023-cü ildə xaricdən 17,3 milyard manatlıq məhsul idxal olunubsa, 2024-cü ildə bu göstərici 21,1 milyard dollara yüksəlib. Yeniavaz