Sosial şəbəkədə biz:

İqtisadiyyata yatırılan xarici investisiyaların həcmi artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 586,6 milyon manat​​​​​ vəsait yönəldilib.

Azinforum.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 567,1 milyon manatı (96,7 %-i) Böyük Britaniya, BƏƏ, Türkiyə, İsveçrə, ABŞ, Rusiya, Yaponiya, İran, Fransa və Macarıstan sərmayədarlarına məxsus olub.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 8,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 32,5 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar 20,8 % azalıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol