Sosial şəbəkədə biz:

Ağ Evdən Baydenə ittiham - 8 milyon toyuğu öldürüb

Bayden administrasiyası vəzifədən getməzdən əvvəl ölkə daxilində təxminən 8 milyon toyuğu kəsərək yumurta tədarükündə fasilələrə və qiymətlərin artmasına səbəb olub.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında məlumat verib.

O, Bayden administrasiyasının Prezident Donald Trampın andiçmə mərasimi ərəfəsində təxminən 8 milyon toyuğu məhv etdiyini deyib.

Livitt ölkədəki yumurta böhranını “Bayden böhranı” adlandırıb. Livitt qeyd edib ki, Tramp ölkənin kənd təsərrüfatı naziri Bruk Rollins ilə birlikdə hazırda bu problemin həlli üzərində işləyir.

Bildirilir ki, yumurtanın topdansatış qiyməti tədarükün azalmasına səbəb olan quş qripi epidemiyası səbəbindən tarixi maksimuma çatıb.

Bundan əvvəl ABŞ-da yumurtanın qiymətinin artması ilə əlaqədar yoxlamalara başlanmışdı.(lent.az)


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol