Sosial şəbəkədə biz:

İmamoğlunun nədə ittiham olunduğu AÇIQLANDI

İstanbul şəhər Prokurorluğu şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə səbəb olan ittihamlar barədə açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyə sədri olduqdan sonra Beylikdüzü Bələdiyyə sədri olduğu müddətdən bəri yanında olan və ona sadiq olan şəxsləri Böyükşəhər Bələdiyyəsinin bölmə və tabeliyindəki qurumların rəhbərlərinə təyin edib.

Bildirilib ki, cinayətkar təşkilatın fəaliyyətinin davam etməsini təmin etmək məqsədilə öz alt strukturunu formalaşdıran şəxslər tenderlər vasitəsilə bir çox bələdiyyə tabeliyindəki qurumlarda mütəşəkkil şəkildə "tenderlərin saxtalaşdırılması", " fırıldaqçılıq", "şəxsi məlumatların qanunsuz əldə edilməsi", "rüşvətxorluq" və "hədə-qorxu ilə tələb etmə" cinayətləri törədiblər.

Digər ittihama görə,  Ə. İmamoğlu çoxsayda iş adamına hədə-qorxu gələrək pul verməyə məcbur edib, bəzi iş adamlarına saxta yollarla pul qazanmağa yardım edib, qazancdan əldə olunan pulları leqalaşdırıb. /Report.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol