Sosial şəbəkədə biz:

Dünyanın ən güclü pasportları: Azərbaycan reytinq cədvəlində neçənci yerdədir?

22 March 2025, 10:27
Gündəm

Azərbaycan dünyanın ən güclü pasportları reytinqində 70-ci yeri (70 istiqamətə vizasız gediş-gəliş) tutub.

Ermənistan bu sıralamada ötən illə müqayisədə mövqeyini bir sətir yaxşılaşdıraraq 73-cü yeri tutub.

“Henley & Partners”in reytinqinə əsasən, Gürcüstan 45-ci (122 istiqamətə vizasız gediş-gəliş) pillədə qərarlaşıb.

Rusiya və Türkiyə 46-cı yeri (müvafiq olaraq 115 və 114 ölkəyə vizasız gediş-gəliş), İran 94-cü yeri (42 istiqamətə vizasız gediş-gəliş) bölüşdürür.

Reytinqdə 199 pasport və 227 ölkə yer alıb.