Sosial şəbəkədə biz:

Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 12 min 709 baş eşşək mövcud olub. 
Yeniavaz.com xəbər verir ki, ötən bir il ərzində eşşəklərin sayı 14,8% və ya 2 min 215 baş azalıb.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. 2008-2025-cü illərdə Azərbaycanda eşşəklərin sayı 4 dəfəyə yaxın azalaraq 47,2 mindən 12,7 min başa düşüb. Son 18 ildə eşşəklərin sayı hər il orta hesabla 2 min baş azalır.
Son 18 ildə eşşəklərin sayı aşağıdakı kimi olub:

Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycanda ən çox eşşək Lerik rayonunda qeydə alınıb. Bu ilin əvvəlində Lerik rayonunda 1 151 baş eşşək mövcud olub. Ən az eşşək isə Xocavənd və Ucar rayonlarında qeydə alınıb. Hər iki rayonda cəmi 2 baş eşşək olub.
Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı son 5 ildə belə olub:


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol