Sosial şəbəkədə biz:

AYNA bu dəfə də “Sea Breeze”i silib "Nardaran" yazdı – Fotolar

23 March 2025, 10:57
Gündəm

Bir müddət öncə Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək “Sea Breeze” yazılması müzakirələrə səbəb olmuşdu. 
Qafqazinfo xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həmin vaxt məsələyə aydınlıq gətirərək, bunu “həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır” kimi qələmə vermişdi.
Artıq həmin istiqamətlərdə yol nişanlarında “Sea Breeze” adı silinib, əvəzində isə yenə Nardaran adı əks olunub.

Əvvəl

Sonra