Sosial şəbəkədə biz:

Məşhur idman şərhçisi Çingiz İsmayılov vəfat etdi

24 March 2025, 09:53
Gündəm

AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Bu barədə Mətbuat Şurasının əməkdaşı, jurnalist İlqar Tağıyev məlumat verib.

Qeyd edək ki, Çingiz İsmayılov martın 18-i səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə “Neftçi” komandasında, müxtəlif illərdə Bakının və Gəncənin “Dinamo”, həmçinin “Neft daşları” komandasında oynayıb.