Sosial şəbəkədə biz:

Azərbaycanda milyonlar qazanan Almaniya şirkətinin 330 minlik borcu var

Almaniyanın məşhur “DrillTec GmbH” şirkətinin Azərbaycandakı filialının vergiyə külli miqdarda borcu yaranıb.

Şirkətin hazırda vergiyə yaranmış borcu 330 min manatdır.

Şirkət Azərbaycanda milyonlarla manat dəyəri olan bir neçə böyük layihənin icrasını həyata keçirib. Şirkət neft-qaz kəmərlərinin çəkilməsi, qazma və boru kəmərlərinin quraşdırılması kimi iri layihələri icra edir.

Rəsmi məlumatlarda şirkətin aldığı layihələrdən birinin dəyəri 26 milyon manat olaraq göstərilir. Bu məbləğ şirkətə Cənubi Qafqaz Boru Kəmərinin 5 çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması işlərinə görə ayrılıb.

Bundan başqa da şirkət bir neçə böyük layihənin icrasını həyata keçirib. (Musavat.com)


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol